Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117439
az

Serbiya ABŞ-ın Rusiya mediasına qarşı sanksiyalarını tənqid edib

16:1605 Sentyabr, 2024
81
DÜNYA
  • A

ABŞ hakimiyyətinin “Rossiya Seqodnya” media qrupuna və onun RİA Novosti, RT və Sputnik də daxil olmaqla media qurumlarına qarşı tətbiq etdiyi sanksiyalar söz və media azadlığına qlobal zərbədir.

 

Oxu24.com  xəbər verir ki, bunu Serbiya hökumətinin beynəlxalq iqtisadi əməkdaşlığa cavabdeh olan portfelsiz nazir Nenad Popoviç deyib.

“Bu sanksiyalar, şübhəsiz ki, söz və media azadlığına qlobal zərbədir. (...) ABŞ-da müxtəlif media nümayəndələrinin, o cümlədən müxalifətin öz fəaliyyətlərini maneəsiz həyata keçirə bilmələri haqqında çox danışılır. Amma reallıqda hər şey tamam başqadır”, - deyə rəsmi qeyd edib.

Popoviçin sözlərinə görə, ABŞ bu cür hərəkətləri ilə öz vətəndaşlarını alternativ informasiya əldə etməkdən məhrum edir, bununla da onların hüquqlarını pozur. O, "Amerika hakimiyyətinin eqosentrizminin bütün sərhədləri aşdığını" vurğuladı, çünki onlar cari dünya hadisələri ilə bağlı "başqa nöqteyi-nəzərləri eşitmək istəmirlər".

Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi “Rossiya Seqodnya” media qrupuna qarşı sanksiyaların tətbiq olunduğunu açıqlamışdı. Bundan əlavə, departament Vaşinqtonda iddia edildiyi kimi, ABŞ-da keçiriləcək prezident seçkilərinin nəticələrinə təsir göstərməyə çalışan on şəxsə və iki Rusiya təşkilatına qarşı məhdudiyyətlər tətbiq edib. Onların arasında RT-nin baş redaktoru Marqarita Simonyan da olub.

 

Miri

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin Əsədlə görüşəcək
Tramp Panama kanalının ABŞ bayrağı ilə çəkilmiş fotosunu yayımlayıb
Gürcüstan prezidenti hakim partiyanı “rejimin süqutu” ilə hədələyib

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi