ilin ilk Ay tutulması olacaq
13 Mart 2025, 11:20
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
136
05.09.2024, 16:15
Ölkənin birinci bankı Kapital Bank və Azərbaycan Velosiped Federasiyasının birgə tərəfdaşlığı ilə veloyürüş keçirilib. “Yaşıl dünya naminə həmrəylik ilində” təbiətin mühafizəsinə həssaslığı artırmaq, zərərsiz nəqliyyat vasitələrindən istifadəni təşviq etmək məqsədi ilə baş tutan layihə Kapital Bank-ın 150 illik yubileyinə həsr olunub.
Bakı, Quba, Gəncə və Laçın şəhərlərində keçirilən veloyürüşdə Azərbaycan Velosiped Federasiyasının 50-yə yaxın idmançısı iştirak edib. Şəhər mərkəzlərində başlayan yürüş filialların qarşısında yekunlaşıb. Layihənin davamı olaraq müştərilər üçün əyləncəli tədbir təşkil edilib. Müxtəlif oyunlarda iştirak edən hər kəs hədiyyə qazanıb. Oyunların qaliblərinə isə əsas mükafat olan velosiped hədiyyə edilib.
Bakı şəhərində keçirilən tədbiri çıxış sözü ilə açan Yasmal filialının müdiri Anar Zeynalov bu layihənin paytaxt Bakıda başlayıb doğma Qarabağda yekunlaşmasının böyük rəmzi məna daşıdığını vurğulayıb. Azərbaycan Velosiped Federasiyasının baş katibi Elnarə Musayeva isə yubileyini velosiped idmanının dəstəklənməsinə həsr etdiyi üçün Kapital Bank-a təşəkkür edib. O qeyd edib ki, xüsusən gənclər arasında zərərsiz nəqliyyat vasitəsi olan velosipedin təbliği təmiz ətraf mühitə və gənclərin sağlam gələcəyinə böyük bir töhfədir.
Quba sakinləri də idmançıları böyük maraqla qarşılayıb. Şimal filialının müdiri Elvin Məmmədov tədbiri çıxış sözü ilə açaraq bildirib ki, 150 ildir zamanın tələbinə uyğun olaraq dəyişən, yenilənən, müştərilərinə dövrünün müasir rəqəmsal həllərini təqdim edən Kapital Bank sosial və ölkə əhəmiyyətli layihələrdə də hər zaman iştirak edir və bu ideyaları dəstəkləyir.
Gəncə tədbiri də müştərilərin fəallığı ilə yadda qalıb. Tədbirdə şəhər icra hakimiyyətinin rəsmiləri, ali məktəblərin rektorları, xarici ölkələrin rəsmi nümayəndələri iştirak ediblər. Açılış nitqi ilə çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışı zamanı bildirib ki, Yaşıl dünya naminə həmrəylik ilində, eləcə də COP29 kimi layihə ərəfəsində bu tədbirin keçirilməsinin böyük əhəmiyyəti var. Eyni zamanda tədbirdə iştirak edən uşaqların, gənclərin velosipedçilərlə, idmançılarla ünsiyyətdə olması, onları yaxından tanıması gənc nəsildə sağlam həyat tərzinə, idmana maraq yaradacaq.
Həmçinin oxuyun
11:20 / 13 Mart 2025
ilin ilk Ay tutulması olacaq
17
11:09 / 13 Mart 2025
Sənan Mehdiyevin həbsinə səbəb olan rəyi kim verib? — Yeni detallar üzə çıxıb
227
10:59 / 13 Mart 2025
Baş nazir qərar imzaladı
18
10:48 / 13 Mart 2025
Bu sosisdən almayın
19
10:38 / 13 Mart 2025
Allergiyaya qarşı 6 təbii vasitə
21
10:20 / 13 Mart 2025
Rusiyanın məxfi planı ÜZƏ ÇIXDI
31
10:15 / 13 Mart 2025
AzSığorta"nın rəhbərliyində yeni təyinat
19
10:05 / 13 Mart 2025
Neft bahalaşdı
19
09:56 / 13 Mart 2025
Yanacaqdoldurma məntəqəsi YANDI
34
09:48 / 13 Mart 2025
Beynin qocalmaması üçün üsullar-TAPILDI
27
09:37 / 13 Mart 2025
48 yaşlı qadın faciəvi şəkildə öldü
25
09:29 / 13 Mart 2025
Bu şəxslər sistemdən çıxarılır
26
09:19 / 13 Mart 2025
Ərdoğanın nəcibliyi gündəm oldu - Video
38
08:55 / 13 Mart 2025
Qızılın qiyməti bahalaşdı
44
08:42 / 13 Mart 2025
Bu gün yay havası olacaq
39
08:30 / 13 Mart 2025
Trampın əmri: Bayquşlar öldürülməlidir
39
08:21 / 13 Mart 2025
Prezident seçkiləri nə vaxt keçiriləcək? - Zelenski açıqladı
53
00:46 / 13 Mart 2025
İftarını su ilə açdı, yeməyini yemədən öldü - 13 yaşlı Hüseynin faciəvi sonu - FOTO
151
00:00 / 13 Mart 2025
Tramp Stiv Uitkofu Moskvaya göndərir
199
23:30 / 12 Mart 2025
Azərbaycanda bu fəsil sıradan çıxır - Ekoloq
155
23:26 / 12 Mart 2025
Süni ürək taxılan xəstə 100 gün yaşadı
156
23:00 / 12 Mart 2025
Sığorta şirkətinə rəhbər təyin olundu
162
22:51 / 12 Mart 2025
Məhşur müğənni əməliyyat olundu - FOTO
142
21:54 / 12 Mart 2025
Albaniya Prezidenti Azərbaycana gəlib
136
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.