Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117432
az

ABŞ Ukraynaya kömək edə bilməyəcəyini etiraf edib

15:5805 Sentyabr, 2024
82
DÜNYA
  • A

Ukrayna hətta Qərb dövlətlərinin köməyi ilə də Rusiyaya qalib gələ, əraziləri geri qaytara bilməyəcək.

 

Oxu24.com xəbər verir ki, bu barədə Amerikanın Responsible Statecraft nəşri yazır.

 

“İndi heç bir perspektiv yoxdur ki, hətta Qərbin hərbi təchizatı ilə belə, Ukrayna Rusiyanı sarsıdıcı məğlubiyyətə uğrada bilər və itirilmiş ərazilərini güc yolu ilə geri qaytara bilər”, - nəşr yazır.

 

Qeyd olunur ki, Ukrayna indi “Ukrayna ordusunun çökməsi” ehtimalı ilə üz-üzədir.

 

Nəşrin fikrincə, faktlar onu göstərir ki, mümkün danışıqlar üçün hərbi mövqelərini gücləndirən Ukrayna deyil, Rusiyadır. Materialda əlavə olunur ki, Ukraynanın Rusiyanın dərinliklərinə endirdiyi zərbələrin bu tendensiyanı əhəmiyyətli dərəcədə dəyişəcəyi heç də aydın deyil.

 

Sentyabrın 5-də Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun (EEF-2024) plenar iclasında Ukraynada münaqişənin 2014-cü ildə dövlət çevrilişi ilə başladığını bəyan edib.

 

Onun sözlərinə görə, hazırda onlar bu münaqişənin səbəblərini xatırlamamağa üstünlük verirlər.

 

Eyni zamanda prezident qeyd edib ki, Rusiya Ukrayna münaqişəsinin həllində səmimi maraq göstərən ölkələrə hörmət edir. Məsələn, Çinin, Braziliyanın, Hindistanın rəhbərləri vəziyyəti anlamaq istəyirlər və Rusiya Federasiyası bu məsələdə onlarla daim əlaqə saxlayır.

 

Putin bundan əvvəl demişdi ki, Rusiya heç vaxt Ukrayna ilə bağlı danışıqlardan imtina etməyib.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin Əsədlə görüşəcək
Tramp Panama kanalının ABŞ bayrağı ilə çəkilmiş fotosunu yayımlayıb
Gürcüstan prezidenti hakim partiyanı “rejimin süqutu” ilə hədələyib

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi