Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117431
az

Fransa yeni baş naziri təyin etdi

15:5205 Sentyabr, 2024
51
DÜNYA
  • A

Mişel Barnier Fransanın yeni baş naziri təyin edilib.

Bu barədə TASS "Frans Press" agentliyinə (AFP) istinadən xəbər verir.

Bu məlumatı Yelisey sarayının mətbuat xidməti də təsdiqləyib. Xəbərdə deyilir ki, Fransa prezidenti Emmanuel Makron keçmiş Avropa komissarı və Fransanın keçmiş xarici işlər naziri Mişel Barnyeni yeni baş nazir təyin edib.

İyul ayında Makron əvvəlki baş nazir Qabriel Attalın istefasını qəbul edib. Güman edilirdi ki, Respublikaçılar partiyasının üzvü Ksavye Bertrand hökumətin başçısı təyin oluna bilər.

Sentyabrın 4-də Franceinfo radiosu bildirib ki, 80-dən çox deputat Makronun hakimiyyətdən uzaqlaşdırılmasını tələb edən qətnamə imzalayıb.

KİV-in məlumatına görə, sənədi “Yeni Xalq Cəbhəsi” sol blokundan olan 81 deputat, o cümlədən “Əzilməmiş Fransa” fraksiyasının 72 nümayəndəsi, həmçinin Yaşıllar və “Sol Demokratlar və Respublikaçılar” qrupunun digər deputatları dəstəkləyib. 

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran Prezidenti Moskvaya səfər edəcək

Putin yenə "Oreşnik"lə HƏDƏLƏDİ: "Lazım gələrsə..."
Rusiyada yeni metro açılacaq

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Ağır qəza yenə can aldı