Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117430
az

Zərdabda 18 yaşlı qız apendisit əməliyyatından sonra öldü - TƏBİB-dən AÇIQLAMA

16:1005 Sentyabr, 2024
65
CƏMİYYƏT
  • A

TƏBİB Zərdabda 19 yaşlı qızın əməliyyatdan sonra ölümünün ilkin səbəbini açıqlayıb.

TƏBİB-dən verilən məlumata görə, sentyabrın 4-ü saat 17:00 radələrində 2005-ci il təvəllüdlü şəxs (qadın) Zərdab Rayon Mərkəzi Xəstəxanasına muraciət edib.

"Diaqnostik və labarotor müayinələr aparıldıqdan sonra, xəstəyə laparoskopik appendektomiya əməliyyatı icra olunub", - qurumdan bildirilib.

Qeyd olunub ki, daha sonra xəstə qənaətbəxş vəziyyətdə Cərrahiyyə şöbəsinə köçürülüb:

"Bu zaman onun hemodinamik göstəriciləri norma daxilində olub. Bu gün səhər saat 07:00-da xəstənin vəziyyəti anidən ağırlaşdığından dərhal Reanimasiya şöbəsinə yerləşdirilib. Aparılan reanimasiyon tədbirlərə və həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb2.

*** 15:13

 

Zərdabda 18 yaşlı qız cərrahiyyə əməliyyatından sonra vəfat edib. 

Oxu24.com "Zərdab.com"a istinadən xəbər verir ki, hadisə Zərdab Rayon Mərkəzi Xəstəxanasında baş verib.

Belə ki, Zərdabın Qoruqbağı kənd sakini Qarayeva Aytən Ramil qızı dünən axşam saatlarında özünü narahat hiss edib və o, Zərdab Rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Ağır vəziyyətdə apendisit əməliyyatı olunan xəstənin vəziyyəti daha da pisləşib. Yaxınları səhər saatlarında onu Bakıdakı xəstəxanalardan birinə gətirmək istəsələr də, həyatını xilas etmək mümkün olmayıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanın üzvlüyü bu təşkilatı daha da gücləndirəcək - Ərdoğan
İtkin düşən alpinistlərin axtarışı dayandırıldı - Əlverişsiz havaya görə
Rəsmi Bakıdan ABŞ səfirliyinə CAVAB

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi