Rusiya prezidenti Vladimir Putin bildirib ki, Rusiya 2022-ci ilin yazında İstanbulda əldə olunmuş razılaşma əsasında Ukrayna ilə danışıqlara qayıtmağa hazırdır.
Oxu24.com xəbər verir ki, bu barədə “The Moscow Times” yazır.
Onun sözlərinə görə, o zaman mümkün sülh sazişinin demək olar ki, bütün parametrləri razılaşdırılıb, lakin sonra Böyük Britaniya prosesə müdaxilə edib və Ukrayna hakimiyyəti “fərqli yol tutub”.
Eyni zamanda Putin etiraf edib ki, Çin, Hindistan və ya Braziliya sülh danışıqlarında vasitəçi ola bilər. “Mən bu məsələ ilə bağlı həmkarlarımızla daimi əlaqə saxlayıram. Şübhə etmirəm ki, bu ölkələrin liderləri bu mürəkkəb prosesin bütün təfərrüatlarını başa düşməyə kömək etməyə səmimiyyətlə sadiqdirlər”, - deyə prezident bildirib.
Miri
Oxu24.com
ŞƏRHLƏR