Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117397
az

Müəllimlərin sertifikatlaşdırılmasının müsahibə mərhələsinin tarixi açıqlandı

13:1205 Sentyabr, 2024
42
CƏMİYYƏT
  • A

Müəllimlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar onların şəxsi kabinetlərinə göndərilib. Sentyabrın 9-dan etibarən sertifikatlaşdırma prosesinin müsahibələri təşkil olunacaq.

Bu barədə Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirilib ki, sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi ilə bağlı məlumatlar müəllimlərin şəxsi kabinetlərinə hissə-hissə göndərilir.

Xatırladaq ki, test imtahanlarında keçid balı toplayan şəxslərin əməkhaqqına 10 faiz, 51 bal və daha yüksək nəticə əldə etmiş şəxslərin əməkhaqqına 35 faiz əlavə veriləcək. Əlavələr müsahibə mərhələsində uğur qazanan müəllimlərin əməkhaqqına tətbiq olunacaq.

2023-cü ildə təşkil olunmuş sertifikatlaşdırma prosesinin müsahibə mərhələsində 21 min 883 müəllim iştirak edib. Onlardan 21 min 784 (99,5 faiz) nəfəri uğur qazanıb.

 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Polşada daşqın: iki şəhərin sakinləri təxliyə edilir
Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA
Gürcüstan - Rusiya sərhədi bağlanır