Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117387
az

Lamiyə Vəliyeva bu gün növbəti sınağına çıxacaq

10:4405 Sentyabr, 2024
76
  • A

Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Paralimpiya Oyunlarında sentyabrın 3-də 100 metr məsafəyə qaçış üzrə çempion olan Azərbaycanın paraatleti Lamiyə Vəliyeva (T13 kateqoriyası) bu gün növbəti sınağına çıxacaq.

Oxu24.com xəbər verir ki, idmançı bacarığını 400 metr məsafədə göstərəcək.

Bu kateqoriya üzrə yarış Bakı vaxtı ilə saat 23:34-də başlayacaq. Final mərhələsi isə sentyabrın 7-də keçiriləcək.

Bu gün daha bir Azərbaycan paraüzgüçüsü medal qazanmağa çalışacaq. Vəli İsrafilov (SB13) 100 metr məsafəyə brass üsulu ilə yarışacaq. 16 üzgüçü arasında ən yaxşı 8 nəfər finala adlayacaq. Bu kateqoriya üzrə yarış Bakı vaxtı ilə 11:30-da, final mərhələsi isə 19:30-da başlayacaq.

Qeyd edək ki, hazırda yığmanın hesabında 3 qızıl, 1 gümüş və 2 bürünc mükafat var. İmaməddin Xəlilov (parataekvondo, 70 kq), Səid Nəcəfzadə (T12, uzunluğa tullanma) və Lamiyə Vəliyeva (T13 kateqoriyası, 100 metr məsafəyə qaçış) qızıl, Raman Saley gümüş (100 metr məsafəyə arxasıüstə üzmək) və bürünc (100 metr məsafəyə sərbəst üsulla üzmək), Sabir Zeynalov (parataekvondo, 58 kq) bürünc medala sahib çıxıblar.

 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mariya Stadnikə    vəzifə       verildi
AFFA-nın baş katibi      istefa        verib?
Mahir Emrelinin komanda yoldaşı       İngiltərə    klubunda

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Bu 10 qida xərçəngdən qoruyur - ALİMLƏR AÇIQLADI
Bakı və Sumqayıtda 3 nəfər dələduzluğa     görə      tutuldu