Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 6-dan 8 Noyabr prospektində (Ramiz Quliyev küçəsindən Zığ dairəsi istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Bu barədə OXU24.COM -a AYNA-dan məlumat verilib.
Bildirilir ki, məhdudiyyətlə əlaqədar 21, 51 və 120 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Ramiz Quliyev, Cavanşir, Ceyhun Həsənov, Aşıq Ələsgər və Vunqtau küçələri, eləcə də Gəncə prospekti ilə təşkil ediləcək.
Oxu24.com
ŞƏRHLƏR