Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117362
az

"Siz bilirsiniz qırmızı xəttimiz haradadır" - Lavrovdan onlara SƏRT CAVAB

18:5004 Sentyabr, 2024
40
CƏMİYYƏT
  • A

Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalıların Kiyevi 900 kilometrə qədər uzaq mənzilli qanadlı raketlərlə təmin etmək niyyəti ilə bağlı xəbərləri şərh edib.

OXU24.COM  xəbər verir ki, onun çıxışının videosu Teleqram kanalında yayımlanıb.

“Mən heç nəyə təəccüblənmərəm, amma başa düşməlidirlər ki, qırmızı xəttimizlə zarafat etməməlidirlər. Onlar bu xətlərin harada olduğunu çox yaxşı bilirlər", - deyə Lavrov bildirib.

Nazir həmçinin ümid etdiyini bildirib ki, Vaşinqtonda ölkə rəhbərliyinə siyasi təsir göstərən ağıllı adamlar olacaq. O, Ağ Evin Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin Avropaya risklərdən qaçmaq üçün silahlardan ehtiyatlı istifadə edilməsi barədə sözlərini xatırladıb.

Qeyd edək ki, ötən gün Pentaqon "RİA Novosti"yə bildirib ki, raketlərin Ukraynaya ötürülməsi siyasətində heç bir dəyişiklik yoxdur. Nazirlik ABŞ-ın Kiyevə JASSM uzaqmənzilli qanadlı raketlərin tədarükü ilə bağlı razılaşmaya yaxın olması ilə bağlı mətbuatda yayılan xəbərləri təkzib edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Yeni ulduz” qayıdır? -Dilarə AÇIQLADI
"Qanını yuduğum şəhidin oğlum olduğu ağlıma gəlməzdi" -VİDEO
Elgizdən həmkarına: "Utanmaz, deyir ki, aparıcıların evi, maşını var"

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO