Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117334
az

Bəraət alan Füzuli Adıgözəlov yenidən həbs edildi

12:1304 Sentyabr, 2024
126
KRİMİNAL
  • A

10 illik həbsdən bəraət almış şirkət rəhbəri Füzuli Adıgözəlov yenidən həbs edilib.

Oxu24.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, qərarı Bakı Apellyasiya Məhkəməsi qəbul edib.

“Güllübulaq” MMC-nin rəhbəri olan Adıgözəlovun həbsini prokuror tələb edib. İttiham tərəfi bildirib ki, müttəhim külli miqdarda mənimsəmə, vergidən yayınmaqda təqsirli hesab edilməlidir.

Füzuli Adıgözəlova bəraəti də elə Bakı Apellyasiya Məhkəməsi vermişdi.

Bu dəfə isə Cavid Hüseynin sədrlik etdiyi məhkəmə tərkibi fərqli qərar qəbul edib. F.Adıgözəlov ittiham olunduğu cinayətlərdə təqsirli bilinərək 5 il azadlıqdan məhrum edilib. O, bəraət aldıqdan 23 ay sonra yenidən cəzaçəkmə müəssisəsinə qaytarılıb.

Beləliklə, F.Adıgözəlovun çəkilməmiş 2 il 4 ay 27 gün cəzası qalıb.

Qeyd edək ki, “Güllübulağ”ın rəhbəri ilk dəfə 2020-ci ildə həbs edilib. 3 il sonra bəraət alaraq azadlığa buraxılıb. Ali Məhkəmə sahibkar buraxıldıqdan bir müddət sonra bəraət qərarını ləğv edib, işi təkrar apellyasiya baxışına qaytarıb.

 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Göldə 40 yaşlı kişinin meyiti tapıldı
Bakıda 41 min dollarlıq dələduzluq edənlər saxlanıldı
Zaqatala dağlarında faciə: ayı qazini parçaladı