Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117325
az

Pensiyaçıların sayı necə dəyişib?

10:0004 Sentyabr, 2024
66
  • A

Bu il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 101 min pensiyaçı qeydiyyatda olub. Bu, ölkə əhalisinin 10.8 faizi deməkdir. Yəni Azərbaycanda hər 10 nəfərdən biri pensiyaçıdır.

Oxu24.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, pensiyaçıların 64.4 faizi yaşa görə pensiya alır. Bu, o deməkdir ki, yaşa görə pensiya alan vətəndaşlarımızın sayı 709 min 44 nəfərdir.

"Ötən ilin eyni dövründə bu göstərici 702 min 920 nəfər olub. Deməli, son 1 ildə yaşa görə pensiya alanların sayı 6 min 124 nəfər artıb.

Əlilliyə görə pensiya alanlar ümumi pensiyaçıların 23.3 faizini təşkil edib. Deməli, 256 min 533 nəfər əlilliyə görə pensiya alır. Bir il əvvəl bu göstərici 258 min 797 nəfər idi. Bu isə o deməkdir ki, əlilliyə görə pensiya alanların sayında 2 min 264 nəfər azalma qeydə alınıb.

Ailə başçısını itirməyə görə pensiya alanlar isə pensiyaçıların 12.3 faizini təşkil etməklə 135 min 423 nəfər olub. Bu növ pensiya alanların sayında da son bir ildə artım qeydə alınıb.

Göründüyü kimi, pensiyaçıların sayı 2 növ pensiya üzrə artıb, 1 növ üzrə isə azalıb. Rəsmi statistika göstərir ki, son illər əlilliyə görə pensiya alanların sayında azalma müşahidə edilməkdədir. Azalma bu sahədə tətbiq olunan yeni qaydalar və təkrar müayinələr ilə bağlıdır", - deyə o əlavə edib.

 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sosial müavinət və təqaüd alanlara şad xəbər -Bu tarixdən artım olacaq
Mərkəzi Bankın valyuta     ehtiyatları     açıqlanıb
Neftimiz        ucuzlaşdı

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
“Nimesil” Azərbaycanda       qadağan     ediləcək?
Quru Qoşunlarının rüşvətə görə tutulan sabiq mühasibinin məhkəməsi başlayıb