Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117304
az

Almaniya ölkənin avtomobil sənayesində rəqabət qabiliyyətinin olmadığını etiraf edir

22:3803 Sentyabr, 2024
47
DÜNYA
  • A

Alman avtomobil sənayesi ciddi problemlərlə üzləşir.

 

Oxu24.com xəbər verir ki,bu barədə RİA Novosti Almaniya Nazirlər Kabinetinin mətbuat xidmətinin bəyanatına istinadən yazır.

Almaniya Nazirlər Kabineti qeyd edib ki, avtomobil sənayesi Almaniya iqtisadiyyatının artımının əsas sütunlarından biridir, lakin hazırda qlobal şəkildə elektromobillərə keçid fonunda çətin mərhələni yaşayır. Respublikanın avtomobil sənayesinin bütün dünyada innovasiyalar və uğurlu məhsullarla bağlı olmasına baxmayaraq, Almaniya hökuməti bu sənayenin hazırda rəqabət qabiliyyətinin olmadığını etiraf edib.


Nazirlər Kabineti Almaniya hakimiyyətinin avtomobil sənayesini dəstəkləmək üçün bütün tədbirləri gördüyünü vurğulayıb. Belə ki, ölkədə elektromobillərdən istifadə edən kiçik və orta sahibkarlar üçün vergi güzəştlərinin tətbiqi, həmçinin enerji doldurma stansiyalarının infrastrukturunun inkişafı planlaşdırılır.

Bundan əvvəl məlum olmuşdu ki, Almaniyanın ən böyük avtomobil istehsalçısı “Volkswagen” 87 illik tarixində ilk dəfə olaraq ölkədəki iqtisadi vəziyyətlə əlaqədar Almaniyada istehsalını bağlamaq məcburiyyətində qalacağını istisna etmir. Söhbət bir avtomobil zavodundan və bir komponent istehsalından gedir. Baş direktor Oliver Blume istehlakçıların xərclərinin azalması və tədricən elektromobillərə keçidlə əlaqədar Avropa avtomobil sənayesinin çox çətin vəziyyətdə olduğunu vurğulayıb.

 

Nigar

 

 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yaponiya Belarusa etiraz göndərdi
Almaniya XİN rəhbəri İsrailə səfər edib

Türkiyənin qarşısına ŞƏRT QOYULUB: "Ankara Aİ-yə üzvü olmaq istəyirsə..." -Lavrov AÇIQLADI

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədə maraq yaratdı - VİDEO

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Valideyn narkotikin təsiri altında maşın sürərkən tutulan övladına haqq qazandırdı