Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117303
az

Monqolustan Putini həbs etməkdən imtina etməsini izah edir

21:3603 Sentyabr, 2024
57
DÜNYA
  • A

Monqolustan hakimiyyəti Rusiya prezidenti Vladimir Putini Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) orderi əsasında həbs etməkdən imtina etmələrini enerji asılılığı və neytrallıq siyasəti ilə izah edib.

 

Oxu24.com xəbər verir  ki,  Politico ölkə hökumətinin nümayəndəsinə istinadən yazır.


Sözçü bildirib ki, Monqolustan neft məhsullarının 95%-ni və elektrik enerjisinin 20%-dən çoxunu qonşu ölkələrdən idxal edir. "Bu təchizatlar bizim və xalqımızın varlığını təmin etmək üçün çox vacibdir".

Hökumət sözçüsü əlavə edib ki, Ulan-Bator “bütün diplomatik münasibətlərində həmişə neytrallıq siyasətini davam etdirib”.

Monqolustan Roma Əsasnaməsini imzalayıb və Putinin həbsinə order verən BCM-nin yurisdiksiyasını qəbul edir.

 

Miri

 

 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya hələ də buna görə Ukraynaya PUL ÖDƏYİR
İran Prezidenti Moskvaya səfər edəcək

Putin yenə "Oreşnik"lə HƏDƏLƏDİ: "Lazım gələrsə..."

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü