Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117297
az

Ukraynada 3 nazir və fond rəhbəri İSTEFA VERDİ

21:2003 Sentyabr, 2024
96
SİYASƏT
  • A

Ukraynanın üç naziri istefa ərizəsi yazıb.

OXU24.COM  xəbər verir ki, bu barədə "RBC-Ukrayna" nəşri Ali Radanın spikeri Ruslan Stefançuka istinadla məlumat yayıb.

Söhbət Ukrayna Ədliyyə Nazirliyinin rəhbəri Denis Malyuskadan, Ukraynanın strateji sənaye naziri Aleksandr Kamışından, eləcə də Ekologiya Nazirliyinin rəhbəri Ruslan Streletsndən gedir.

Qeyd olunur ki, istefa məktubu Ukraynanın Dövlət Əmlak Fondunun sədri Vitali Kovaldan da alınıb.

Sentyabrın 3-də Ukrayna prezidenti Volodimir Zelenskinin ofisində, eləcə də Ukrayna Nazirlər Kabinetində yaxın vaxtlarda yeni kadr dəyişikliklərinin baş verə biləcəyi barədə məlumat yayılıb.

Qeyd edilib ki, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və Ətraf Mühit Nazirliyi rəhbərlərinin istefası gözlənilirdi.

Baş nazirin reinteqrasiya məsələləri üzrə müavini İrina Vereşçuk və Prezident Aparatı rəhbərinin müavini Rostislav Şurma da istefa verə bilərlər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Makronun reytinqləri rekord səviyyəyə enir
İbrahim Kalın Suriya lideri Əhməd əl-Şaraa ilə görüşdü -FOTO/VİDEO
Netanyahu Trampa bomba qərarına görə təşəkkür etdi