Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117294
az

Rusiyada qadın mənzilində 350 miqrantı qeydiyyata aldı

20:4603 Sentyabr, 2024
59
DÜNYA
  • A

Sankt-Peterburq sakini 350-dən çox əcnəbinin qeydiyyata alınmasına köməklik etməkdə şübhəli bilinir.

 

Oxu24com bu barədə  RF İstintaq Komitəsinin region üzrə məlumatına istinadən xəbər verir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qadının fəaliyyətindən Kolomenskaya küçəsində keçirilən reyddən sonra xəbər tutublar. Məlum olub ki, Tacikistandan olan bəzi sakinlər Dunay prospektindəki mənzillərdə qeydiyyatda olublar.

Müstəntiqlərin məlumatına görə, 2021-2024-cü illər arasında mənzil sahibi 350-dən çox əcnəbini qeydiyyata alıb. Eyni zamanda, başqa dövlətlərin vətəndaşları faktiki  bu ünvanda yaşamayıblar.

“Mənzildə miqrantların qeydiyyata alınması üçün zəruri olan sənədlərin çoxsaylı surətləri, habelə dövlət rüsumunun ödənilməsi barədə qəbzlər aşkar edilib”, - idarədən bildiriblər.

Ev sahibinin özü etiraf edib ki, o, insanları pul üçün qeydiyyatdan keçirib. 

Sənədlərə əsasən, həmin mənzildə yaşayan əcnəbilər məsuliyyətə cəlb edilib. Onların ölkədən deportasiyası gözlənilir.

 

Miri

 

 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


Putin yenə "Oreşnik"lə HƏDƏLƏDİ: "Lazım gələrsə..."
Rusiyada yeni metro açılacaq
Çin ABŞ-ı kosmosda silahlanma yarışını dayandırmağa çağırır

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü