Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117292
az

Televiziyalar arasında müsabiqənin nəticələri açıqlandı -FOTO

19:5003 Sentyabr, 2024
40
CƏMİYYƏT
  • A

Medianın İnkişafı Agentliyi və Audiovizual Şura tərəfindən yeni media mühitində auditoriya yönümlü və hədəf kütlələrə hesablanmış məzmun istehsalı və yayımının təşviqi, maarifləndirici materialların rəqabətədavamlılığının artırılması, məzmun müxtəlifliyi və yaradıcılığının stimullaşdırılması, dövlət və cəmiyyət üçün prioritet istiqamətlər barədə məlumatların ictimaiyyətə səmərəli şəkildə çatdırılması məqsədilə 5 aprel 2024-cü ildə elan olunmuş dövlət sifarişi əsasında audiovizual məhsulların istehsalı və yayımı üzrə müsabiqənin nəticələri açıqlanıb.

OLAY yazır ki, müsabiqədə elmi-kütləvi, mədəni-maarif, təhsil mövzusu üzrə ARB və ARB 24; elm və mədəniyyət mövzusu üzrə ATV; milli adət-ənənələr və ailə dəyərləri mövzusu üzrə AzTV və Real TV; gənc nəsildə milli mənlik şüurunun, əxlaqi dəyərlərin və vətənpərvərlik hissinin inkişaf etdirilməsi mövzusu üzrə Xəzər TV; uşaq və gənclərin fiziki və mənəvi inkişafı mövzusu üzrə Space TV və Xəzər TV; Azərbaycanın dövlətçilik tarixi mövzusu üzrə İTV; ekologiya və ətraf mühitin mühafizəsi mövzusu üzrə isə Real TV və Space TV televiziya kanalları proqram kateqoriyasında qalib olub.

Sosial videoçarx kateqoriyasında isə azərbaycançılıq ideologiyasının yeni istiqamətləri – milli ideyanın təbliği mövzusu üzrə ARB 24; uşaq və gənclərin fiziki və mənəvi inkişafı və gənc nəsildə milli mənlik şüurunun, əxlaqi dəyərlərin və vətənpərvərlik hissinin inkişaf etdirilməsi mövzusu üzrə ATV; ekologiya və ətraf mühitin mühafizəsi mövzusu üzrə ARB24, ATV və AzTV televiziya kanalları uğur qazanıb.

Bizi Telegram-da izləyin

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gündə Bakıda 300 mindən çox taksi daşıması həyata keçirilir - RƏSMİ
Tələbələrə ŞAD XƏBƏR - Bakalavr müddəti 3 ilə endirilə bilər
Kriminal avtoriteti təhqir edən tiktokerin əyninə "gəlinlik" geyindirdilər

Yuxuda dırnaq görmək buna işarə imiş - YUXU YOZMALARI

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Əməkdar mədəniyyət işçisi məhkəməyəgəlməkdən yayınır