Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117289
az

Azərbaycanda 1 yaşadək ölən körpələrin sayında REKORD

19:0003 Sentyabr, 2024
87
CƏMİYYƏT
  • A

Azərbaycanda ötən il həyatını itirən 1 yaşınadək uşaqların sayında rekord qeydə alınıb. 

OXU24.COM Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2023-cü ildə 1 yaşınadək ölən uşaqların sayı 2039 nəfəri təşkil edib ki, bu da son 25 ilin ən yüksək göstəricisi hesab olunur. 

Onların 1146 nəfərini oğlan, 893 nəfərini isə qız uşaqları təşkil edib.  socar vakansiya

2023-cü ildə ölkə üzrə 1 yaşınadək həyatını itirən uşaqların sayı 2022-ci ilə nisbətən 2 dəfədən çox artıb. Belə ki, 2022-ci ildə 1 yaşadək həyatını itirən uşaqların sayı 959 olub. 

Ümumilikdə 2039 nəfər uşağın əksəriyyəti, 63 faizi (1287) perinatal dövrdə meydana çıxan hallar səbəbindən həyatını itirib. 

Statistikaya əsasən ən az uşaq travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin nəticələrinə görə həyatını itirib, bura 17 nəfər daxildir. 

Tənəffüs sistemi xəstəlikləri səbəbindən 187 uşaq həyatını itirib, bu səbəbdən həyatını itirən uşaqların maksimum göstəricisi 2000-ci ildə 979 nəfəri təşkil edib. 

Eyni zamanda 1 yaşına çatmayan 136 uşaq anadangəlmə anomaliyalardan (inkişaf qüsurları, deformasiyalar və xromosom pozuntular), 47 uşaq bəzi infeksion və parazitar xəstəlik səbəbindən, 88 uşaq sinir sistemi xəstəliklərindən, 18 uşaq həzm sistemi xəstəliklərindən, 259 körpə isə digər səbəblərdən həyatını itirib. 

 

 

 
 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəm qazı daha bir nəfərin həyatına SON QOYDU
"Bəlkə Zelenskini Marsa göndərək?"
Bu ərazi işıqsız qalacaq

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu