Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117288
az

71 yaşlı Putin gənc qalmağın sirrini axtarır -Göstəriş verdi

18:5203 Sentyabr, 2024
96
CƏMİYYƏT
  • A

71 yaşlı Rusiya lideri Vladimir Putinin elm adamlarına qocalmanın təsirlərini azaltmaq üçün üsullar tapmağı tapşırdığı iddiası gündəmə gəlib.

OXU24.COM  xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” qəzeti yazıb.

Bildirilir ki, Putin bu yolla özünün və administrasiyasındakı yaşlı yaxın adamlarının ömrünü uzatmağı hədəfləyir.

Tez-tez plastik əməliyyat etdirdiyi iddiaları ilə gündəmə gələn Putinin uzun müddətdir yaşlanma əleyhinə üsullarla maraqlandığı qeyd olunur.

Səhiyyə Nazirliyindən tədqiqat klinikalarına göndərilən yeni məktuba əsasən, hökumət həmçinin qocalmanı ləngidən, koqnitiv problemlərin qarşısını alan və immuniteti gücləndirən ən son texnologiya və inkişaflar haqqında məlumat tələb edib.

Qeyd edək ki, mart ayında yenidən prezident seçilən Putin qanuna görə, 2036-cı ilə qədər, yəni 80 yaşına qədər vəzifəsində qala bilər.

Putinə ən yaxın məmurlar arasında Rusiyanın xarici işlər naziri Sergey Lavrovun 74, kəşfiyyat rəhbəri Aleksandr Bortnikovun 72, parlamentin sədri Valentina Matviyenkonun isə 75 yaşı var.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

At almağa getmişdi, 15 yaşlı QIZI QAÇIRDI
Dərs və iş saatları ilə bağlı mühüm xəbər -DƏYİŞDİRİLİR?

Baydenin oğlunun milyonluq evi yanıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
9-cu sinif şagirdi vəfat etdi