Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117276
az

Lamiyə Vəliyeva finala yüksəlib

14:1903 Sentyabr, 2024
46
İDMAN
  • A

Azərbaycanın paraatleti Lamiyə Vəliyeva Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Pralimpiya Oyunlarında final mərhələsinə yüksəlib.

Oxu24.com xəbər verir ki, paralimpiya və 4 qat dünya çempionu T13 kateqoriyası üzrə 100 metr məsafəyə qaçışda 11.81 saniyə göstərici ilə finiş xəttini birinci keçib.

Bu kateqoriya üzrə final mərhələsi 21:00-da başlayacaq.

Qeyd edək ki, hazırda Azərbaycanın hesabında 2 qızıl, 1 gümüş və 1 bürünc medal var. İmaməddin Xəlilov (parataekvondo, 70 kq) və Səid Nəcəfzadə (T12, uzunluğa tullanma) qızıl, Raman Saley (100 metr məsafəyə arxasıüstə üzmək) gümüş, Sabir Zeynalov (parataekvondo, 58 kq) bürünc medala sahib çıxıb.

 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ronaldonun klubu baş məşqçisini istefaya göndərib
İki güləşçimiz əməliyyat olundu
Çempionlar Liqası başlayır: Bu gün 6 oyun var