Şri-Lanka hökuməti ruslar və digər 37 ölkənin vətəndaşları üçün giriş qaydalarını sadələşdirib.
Bu barədə Newswire-ın Şri-Lanka nəşri məlumat yayıb.
Xarici işlər naziri Əli Səbri bildirib ki, Nazirlər Kabineti prezident Ranil Vikremesinqheyə 38 ölkə üçün vizasız rejim tətbiq etmək səlahiyyəti verib.
Bundan sonra viza almaq və ya müddətini uzatmaq üçün ərizəçinin pasportuna yalnız bir möhür vurmaq lazımdır. Şri-Lanka Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, bu qərar sənəd qəbulu məntəqələrində növbələri azaltmağa kömək edəcək.
Prezidentin turizm üzrə müşaviri Harin Fernando təsdiqləyib ki, One-Chop vizasız sistemin dərhal işə salınacaq.
Avqust ayında Şri-Lanka turistlərə elektron vizaların verilməsi portalını dayandırıb. Bundan sonra prezidentin müşaviri bəyan edib ki, ölkə 2024-cü il oktyabrın 1-dən Rusiya, Belarus və digər 33 ölkədən gələn turistlər üçün vizasız rejim tətbiq edəcək.
Bundan əvvəl Şri-Lankada otelin yaxınlığında kərtənkələ tutan iki rusiyalı turist saxlanılıb.
Miri
Oxu24.com
ŞƏRHLƏR