Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11727
az

Revmatoid artrit – Orqanizmin öz hüceyrələrinə düşmən kəsildiyi xəstəlik

18:1907 Aprel, 2019
985
TİBB
  • A
Son zamanlar çox yaşlı insanları, qadınları, eləcə də artıq orta yaşlı insanları da qəfil yaxalayan autoimmun xəstəliklərindən biri də revmatoid artritdir.
Oxu24.com medicina.az-a istinadən müalicəsi çətin olan bu xəstəliyin səbəb və əlamətlərini təqdim edir.

Resvmatoid artrit oynaq xəstəliyidir, orqanizm öz hüceyrələrinə qarşı düşmən kəsilir, antitel sintez edir, nəticədə oynaq hüceyrələri sıradan çıxır.  Səbəbləri və nədən qaynaqlandığı elmə tam məlum deyil.

Kimlər risk altındadır?

-Qadınılar
-60-65 yaşlı insanlar
-Genetik meyilli xəstələr
-Oynaq aparatının müxtəlif iltihabi xəstəliyi olanlar
-Siqaret çəkənlər

Əlamətləri:

-Səhərlər oynaqlarda ağrı, simmetrik ağrı
-Oynaqların ətrafında şiş
-Oynaqların deformasiyası
-Əzələ zəifliyi, ağrıları
-Ümumi halsızlıq, gücün olmaması
-Revmatiod artrit biləklərdən, əllərdən, dabandan başlayır.

Diaqnozu təyin etmək üçün xüsusu revmatiod faktora aid qan analizi, C reaktiv zülal, rentgen, MRT təyin olunur.
Əgər yuxarıdakı əlamətlərdən biri varsa, vaxt itirmədən redmatoloq terapevtə müraciət etməlisiz.

Çünki revmatiod artrit əllər, dizlər, ayaqlardakı oynaqlardan başlayıb sonra digər damar və orqanları- ürək, göz, sinir sistemini zədələyir.

Müalicəsi

Nesteriod iltihab əleyhinə dərmanlar, ağrıkəsicilər, qlükokordikoidlər təyin olunur. Xəstə daimi kontrolda olmalıdır. Xəstənin ürəyi, böyrəkləri nəzarətdə saxlanmalıdır.  Oftalmoloq gözlərə baxmalıdır. Yaşlı insandırsa densitometriya ilə sümüklərin sıxlığı yoxlanılır.
Güclü ağrılar zamanı blokadalar yaxşı effekt verir. Bu prosedur xüsusi mütəxəssis tərəfindən USM altında, iltihab nöqtəsinə xüsusi preparatın yeridilməsidir.

Həyat tərzi:

-Qidalanma dəyişməli, qidada kalsium, xrom, folat, D vitamini vacibdir.
-Yüngül, müxtəlif hərəkətlər, gimnastika, məşqlər. Oynaq hərəkətsiz qalmamalıdır.
-Xüsusi fiksatorlar taxmalı.
-Fizioterapiya olunmalı
-Siqaretdən tam imtina olunmalıdır Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Hansı bağırsaq şişləri ən təhlükəlidir?
Sonsuzluğun müalicəsində yeni üsul tapılıb

Kardaşyan 30 min dollara robot aldı

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Polis 1 gündə 69 kq-dan çox narkotik  aşkarladı