Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117264
az

Bakıda evə basqın edildi, polis silahla zərərsizləşdirdi

14:5903 Sentyabr, 2024
62
KRİMİNAL
  • A

Sentyabrın 3-də gecə saatlarında Sabunçu rayonunda evlərdən birinə naməlum şəxsin basqın etməsi ilə bağlı ev sahibəsi tərəfindən polisə məlumat daxil olub. 

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, dərhal hadisə yerinə yaxınlaşan polis əməkdaşlarına şübhəli şəxs kəsici-deşici alətlə müqavimət göstərməklə qaçmağa cəhd edib. Ev sakinlərinin təhlükəsizliyi təmin olunmaqla cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınmaqla şübhəli şəxs tətbiq olunan xidməti tabel silahı ilə zərərsizləşdirilib.

Müəyyən edilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən – 1999-cu il təvəllüdlü, əvvəllər qəsdən sağlamlığa zərər vurma, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə görə məhkum olunan Haxverdiyev Elşən Zaur oğlu olub. 

Faktla bağlı araşdırma aparılır.

 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mehdiabadda axtarışda olan 14 nəfər saxlanıldı
Polkovnik, arvadı və qardaşının ölümünə görə 9 il həbs
Bağlı qapı arxasında qalan 5 nəfər xilas edildi - VİDEO