Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117217
az

"Neftçi" 32 ildə 2-ci dəfə eyni uğursuzluğu yaşadı

16:2702 Sentyabr, 2024
55
İDMAN
  • A

“Neftçi” Azərbaycan Premyer Liqasının ilk 5 turunda qələbə qazanmayıb.

Oxu24.com Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, Bakı klubu 4 oyunda heç-heçə edib və 1 matçda məğlub olub. Roman Qriqorçukun yetirmələri “Turan Tovuz” və “Şamaxı” ilə qolsuz, “Səbail” və “Araz-Naxçıvan”la 1:1 hesablı heç-heçə edib. “Neftçi” “Sabah”dan iki cavabsız qol buraxıb. 1992-ci ildə keçirilən ölkə çempionatlarının daimi iştirakçısı olan “ağ-qaralar” 32 ildə ikinci dəfə 5 start oyununu qələbəsiz başa vurublar. İlk belə hadisə 2017/2018-ci illər mövsümündə qeydə alınıb. Yeddi il əvvəl “Neftçi” ilk 5 turda cəmi 1 xal qazanıb: 1 heç-heçə və 4 məğlubiyyət.

Qeyd edək ki, 2017/2018-ci illər mövsümündəki qələbəsizlik seriyası 6 oyun davam edib və yalnız 7-ci matçda qırılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Litva mundialda Belarusla oynamaqdan imtina edib
“Sabah” avrokuboklarda növbəti oyununa çıxır
“Ronaldo 40 yaşına çatsa da...”

Yuxuda dırnaq görmək buna işarə imiş - YUXU YOZMALARI

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Əməkdar mədəniyyət işçisi məhkəməyəgəlməkdən yayınır