Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117216
az

AZAL tarixində ilk dəfə Maldiv adalarına birbaşa uçuşlara start verir

16:1302 Sentyabr, 2024
86
  • A

"Azərbaycan Hava Yolları" aviaşirkəti tarixində ilk dəfə olaraq Bakıdan Maldiv adalarına birbaşa uçuşlar həyata keçirəcək və sərnişinlərinə dünyanın ən gözəl guşələrindən birinə asanlıqla çatmaq imkanı yaradacaq.

Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

Bakıdan Maldiv Respublikasının paytaxtı Male şəhərinə ilk reys noyabrın 8-nə planlaşdırılıb. Uçuşlar həftədə iki dəfə ‒ cümə və bazar günləri yerinə yetiriləcək.

Birbaşa uçuşlar yola sərf olunan vaxtı əhəmiyyətli dərəcədə azaldır və sərnişinləri transfer reyslərindən qaynaqlanan narahatlıqlardan azad edir. Bu marşrut vaxtını və rahatlığını qiymətləndirən sərnişinlər üçün mükəmməl seçimdir.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

Yeni marşrutun ilk sərnişinlərindən biri olmaq və günəşli çimərliklərdən zövq almaq fürsətini qaçırmayın. "Azərbaycan Hava Yolları" ilə yeni üfüqlər kəşf edin!

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sosial müavinət və təqaüd alanlara şad xəbər -Bu tarixdən artım olacaq
Mərkəzi Bankın valyuta     ehtiyatları     açıqlanıb
Neftimiz        ucuzlaşdı

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
“Nimesil” Azərbaycanda       qadağan     ediləcək?
Quru Qoşunlarının rüşvətə görə tutulan sabiq mühasibinin məhkəməsi başlayıb