Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117205
az

Ukraynaya 35 raket atılıb

13:0602 Sentyabr, 2024
52
DÜNYA
  • A

Ukrayna prezidenti Vladimir Zelenski X hesabında verdiyi açıqlamada Rusiya ordusunun ölkəsinə hava zərbələri endirdiyini açıqlayıb.

Başda paytaxt Kiyev olmaqla gecə və səhər saatlarında müxtəlif bölgələrə hava hücumları təşkil edildiyini ifadə edən Zelenski, "Rusiya gecə saatlarında Ukraynaya qarşı ballistik raketlər də daxil olmaqla cəmi 35 raket və 23 İHA atdı", deyə qeyd edib.

Zelenski bütün dünyanı Rusiyanın hücumlarına qarşı durmağa dəvət edib.

Kiyevə edilən hücumlarda Krım Muxtar Respublikası Müsəlmanları Dini İdarəsinə aid məscid və İslam Mədəniyyəti Mərkəzinin də zərər gördüyünü bildirən Zelenski, Rusiya ordusunun Ukraynadakı ibadət yerlərini də hədəf aldığını müdafiə etdi.

Zelenski, "Rusiyanın nə mənəvi, nə insani dəyərlərə, nə dinə, nə də inanca hörməti var. Onlar Ukrayna xalqına qarşı məhvetmə kampaniyasını davam etdirir, bütün icmalarımızı və hətta müqəddəs ibadət yerlərimizi məhv etməyə çalışırlar".

Rusiyanın hücumlarının şiddətlə pislənilməli olduğunu vurğulayan Zelenski beynəlxalq ictimaiyyətin sərt addımlar atmalı olduğunu bildirib.

Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko da Telegram hesabında verdiyi açıqlamada Kiyevə edilən hücumlarda 3 nəfərin yaralandığını bildirib.

Digər tərəfdən, Ukrayna Daxili İşlər Nazirliyindən verilən açıqlamada Rusiya ordusunun gecə saatlarında Ukraynanın Sumı şəhərinə hava hücumu təşkil etdiyi bildirilib.

Açıqlamada, hücumda Sumidə bir Uşaq Sosial və Psixoloji Reabilitasiya Mərkəzi və Uşaq Evinin, həmçinin 6 yaşayış binasının hədəf alındığı barədə məlumatlar yer alıb.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Eyfel qülləsinin taleyi sual altında: Fransa rəsmiləri fikir ayrılığına düşüb
Rusiya Avropa İttifaqının sanksiyalarına cavab verib
İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmağı düşünür

Yuxuda dırnaq görmək buna işarə imiş - YUXU YOZMALARI

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Əməkdar mədəniyyət işçisi məhkəməyəgəlməkdən yayınır