Misir prezidenti Əbdülfəttah əs-Sisinin sentyabrın 4-də Ankaraya gözlənilən səfəri zamanı Türkiyə pilotsuz təyyarələrinin Misirə tədarükü ilə bağlı müqavilənin imzalanması planlaşdırılır.
Oxu24.com xəbər verir ki, bu barədə “Milliyet” qəzeti məlumat yayıb.
Əl-Sisinin Türkiyəyə ilk rəsmi səfəri çərçivəsində iki ölkə arasında yüksək səviyyəli strateji əməkdaşlıq şurasının iclası keçiriləcək və ikitərəfli ticarət dövriyyəsinin ildə 10 milyard dollardan 15 milyard dollara çatdırılması perspektivləri müzakirə olunacaq.
Əs-Sisi ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın danışıqlar proqramında əsas məsələ Fələstin-İsrail münaqişəsinin həlli olacaq. Tərəflər Şərqi Aralıq dənizi, Liviya və digər regional məsələləri də ətraflı müzakirə edəcəklər.
Nigar
Oxu24.com
ŞƏRHLƏR