Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117179
az

İnsanlara təqaüd düzəldəcəyini deyib 30 min manatlarını mənimsədi

13:2602 Sentyabr, 2024
52
KRİMİNAL
  • A

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə dələduzluq etdiyinə görə axtarışda olan Mikayıl Mirzəyev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, M.Mirzəyev 4 nəfər şəxsin etibarından istifadə edərək, onlara xəstəlik və əlillik təqaüdləri düzəldəcəyi, eləcə də ali təhsil müəssisələrində oxuyan övladlarının imtahanlarına köməkliklər göstərəcəyi barədə yalan vədlər verərək zərərçəkənlərin 30000 manatdan çox pulunu ələ keçirib.

M.Mirzəyev barəsində məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Saxlanılan şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


Bu ölkənin prezidenti hücuma məruz qaldı: xənçərlə başından vurdular
Yasamalda obyektdən 11 noutbuk oğurlandı
Cinayətdə şübhəli bilinən 34 nəfər saxlanıldı