Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117161
az

Rusiyadan sürpriz açıqlama: Türkiyə Suriyadan çəkilməyə hazırdır, amma...

09:5102 Sentyabr, 2024
104
  • A

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə ilə Suriya arasında normallaşma addımları ilə bağlı “Russia Today”-a (RT) açıqlama verib.

OXU24.COM  xəbər verir ki, o, Rusiya, Türkiyə, Suriya və İranın yaxın vaxtlarda Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılmasını müzakirə etmək üçün daha bir görüş keçirməyi planlaşdırdığını bildirib.

Türkiyənin qoşunlarını Suriyadan çıxarmaq üçün danışıqlara hazır olduğunu qeyd edən nazir hələlik konkret şərtlərlə bağlı razılıq əldə edilmədiyini bildirib.

"Keçən il həm müdafiə, həm də xarici işlər nazirlikləri və özəl qurumların iştirakı ilə görüşlər təşkil etmək üçün çox səy göstərdik. Biz bu görüşlərdən Suriya ilə Türkiyə arasında münasibətlərin normallaşmasına gətirib çıxara biləcək şərtləri müzakirə etmək üçün istifadə etdik", - deyə Lavrov bildirib.

Lavrovun “Suriya hökumətinə görə, Ankara ilə münasibətləri normallaşdırmaq üçün türk əsgərlərinin Suriyadan çıxarılması ilə bağlı dəqiq qərar verilməlidir” sözləri də diqqət çəkib.

Xatırladaq ki, Suriya Prezidenti Bəşər Əsəd avqustun 25-də Xalq Məclisindəki çıxışında Türkiyə ilə normallaşma şərtini açıqlamışdı. Türkiyənin Suriyadakı hərbi varlığına son verməsi lazım olduğunu bildirən Əsəd terrora qarşı mübarizənin hər iki tərəfin ortaq marağı olduğunu qeyd etmişdi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vaşinqtonda fövqəladə vəziyyət elan edildi
Zelenski bir şərtlə atəşkəsə RAZILIQ VERƏCƏK
Çin Ukraynaya görə Moskvaya təzyiq edir: dünya savaşı qorxusu

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama
Qaxda "Vito" ağaca çırpıldı- Xəsarət alanlar var