Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117157
az

Putin bu ölkələri Ukraynanın üzərinə qaldırdı: Stalin sizin torpaqları onlara verib

09:2702 Sentyabr, 2024
81
  • A

Rusiya prezidenti Vladimir Putin Monqolustana səfəri öncəsi “Onoodor” qəzetinə müsahibə verib.

OXU24.COM xəbər verir ki, Putin Ukrayna müharibəsinin mənşəyi kimi ukraynalı neonasistləri və SSRİ rəhbərlərinin qərarlarını müzakirə edib.

O bəyan edib ki, Kiyev faciəsinin əsas səbəbi Amerika Birləşmiş Ştatlarının başçılıq etdiyi kollektiv Qərbin anti-Rusiya siyasətidir. Rusiya lideri qeyd edib ki, Vaşinqton onilliklərdir ki, Ukraynaya tam nəzarət etməyə çalışır: “Onlar anti-Rusiya təşkilatlarını maliyyələşdirir, həmçinin Rusiya Federasiyasının Ukraynanın əbədi düşməni və onun mövcudluğuna əsas təhlükə olması fikrini təbliğ edirdilər.

Bu gün biz Qərbin Ukraynaya qarşı destruktiv strategiyasının məntiqi nəticəsinin şahidiyik. Üstəlik, Qərb elitaları mövcud rejimə genişmiqyaslı siyasi, maliyyə və hərbi dəstək verməkdə davam edir, ona Rusiyaya qarşı mübarizədə silah kimi baxırlar”, - Putin bildirib.

Rusiya prezidenti amerikalıların neonasist qrupların köməyi ilə 2014-cü ildə Ukraynada çevriliş təşkil etdiklərinə və bundan sonra Kiyevin bütün siyasətini müəyyən etməyə başladığına diqqət çəkib. O, həmçinin vurğulayıb ki, çevrilişdən sonra ruslara məxsus hər şeyə nifrət Ukraynanın rəsmi ideologiyasına çevrilib və nəticədə Donbasda dinc əhalinin sonrakı soyqırımına gətirib çıxarıb.

“Biz Rusiyanın və vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün xüsusi hərbi əməliyyat çərçivəsində qarşıya qoyulan bütün tapşırıqları ardıcıl olaraq yerinə yetirməyə davam edəcəyik”, - Putin vurğulayıb.

“Bütün xarici və daxili amillər kompleksi və SSRİ rəhbərlərinin qərarları Ukraynadakı hazırkı vəziyyətdə mənfi rol oynadı” deyən Putin xatırladıb ki, qonşu dövlətin yaradılması prosesi 1917-ci il inqilabından dərhal sonra, “bu ərazidə qeyri-sabit və qısamüddətli, dəqiq sərhədləri olmayan kvazi-dövlət birləşmələri yarananda” başlayıb. Putin qeyd edib ki, Böyük Vətən Müharibəsindən sonra İosif Stalin əvvəllər Polşa , Rumıniya və Macarıstana məxsus olan ərazilərin bir hissəsini Ukrayna SSR-yə verib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Paşinyan ABŞ-da etirazla qarşılandı - Foto
Almaniya Trampı HƏDƏLƏDİ: "Bu işə yaramırsa.."
Tramp Rusiya və Ukrayna ilə əlaqə saxladığını AÇIQLADI

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
“Nimesil” Azərbaycanda       qadağan     ediləcək?
Quru Qoşunlarının rüşvətə görə tutulan sabiq mühasibinin məhkəməsi başlayıb