Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117154
az

Volodimir Kreidenko: "Hər kəs çox azad şəkildə öz namizədinə səs verirdi"

22:0201 Sentyabr, 2024
122
CƏMİYYƏT
  • A

"Hər şey beynəlxalq və insan hüquqlarına hörmət çərçivəsində baş verdi".

OXU24.COM xəbər verir ki, bunu jurnalistlərə Azərbaycanda növbədənkənar parlament seçkilərini müşahidə edən Ukrayna Ali Radasının deputatı Volodimir Kreidenko deyib.

"Azərbaycanda müşahidə etdiyim ilk seçki deyil. Daha əvvəl parlament və prezident seçkilərini müşahidə missiyasında iştirak etmişəm. Azərbaycandakı seçkilərin oxşar cəhəti azad, ədalətli və demokratik keçirilməsidir. Onların hamısında seçicilər təzyiq olmadan öz istədikləri namizədə səs verirlər. Bakıda 10 seçki məntəqəsində müşahidə apardıq və eyni mənzərənin şahidi olduq. Hər kəs çox azad şəkildə gəlib, öz namizədinə səs verirdi", - Kreidenko vurğulayıb.

"Ukrayna müharibə şəraitindədir və ümid edirik ki, Azərbaycanla enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlığı inkişaf etdirəcəyik. Azərbaycanı strateji tərəfdaş olaraq görürük. Biz Azərbaycanın uğur qazanmasında maraqlıyıq", - deputat əlavə edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İnsan orqanizmində yeni həyat forması tapıldı
Yeni il axşamı zəlzələ olacaq
Dəm qazı daha bir nəfərin həyatına SON QOYDU

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı