Teleqramdakı “Yaxınlıqdakı insanlar” funksiyası fəaliyyətini dayandırıb.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
Teleqram isə dəyişiklikləri hələ şərh etməyib. Agentlik bildirir ki, bu hal messencerin yaradıcısı Pavel Durovun Fransada həbsi fonunda baş verib.
Qeyd edək ki, funksiya yaxınlıqdakı istifadəçilərlə tez əlaqə saxlamaq və ya yeni dostlar tapmaq üçün nəzərdə tutulub.
Xatırladaq ki, P.Durov avqustun 24-də Parisdə hava limanında saxlanılmışdı. Avqustun 28-də isə o, məhkəmə nəzarəti altında sərbəst buraxılıb. Paris Prokurorluğu Durovu 6 qanun pozuntusunda, o cümlədən qanunsuz əməliyyatlar aparmaq məqsədilə onlayn platformanın idarə edilməsində ittiham edir.
Oxu24.com
ŞƏRHLƏR