Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117119
az

Xoruz davaya səbəb oldu - 3 nəfər bıçaqlandı

19:0131 Avqust, 2024
130
KRİMİNAL
  • A

Lənkəranda qonşular arasında yaranan mübahisə kütləvi dava ilə yekunlaşıb.

Hadisə rayonun Vel kəndində baş verib.

Belə ki, 1957-ci il təvəllüdlü Nərminə Hüseynova, 1970-ci il təvəllüdlü Nəzər Hüseynov, 1996-ci il təvəllüdlü Əlişah Hüseynov çəpər qonşuları olan 1980-cı il təvəllüdlü Seymur Hacıyev və atası 1952-ci il təvəllüdlü Möhübbət Hacıyev arasında dava olub.

Əlbəyaxa olan qonşular bir-birinə ağır xəsarət yetirib. Onlardan 3 nəfər bıçaqlanıb, 2 nəfər isə xəsarət alıb.

Xəsarət alanlar təcili olaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəsarət alanlardan birinin vəziyyətinə uyğun olaraq müalicəsi cərrahiyyə şöbəsində davam etdirilir. Digər yaralılar ambulator müalicə üçün evə buraxılıblar.

İlkin məlumata görə qonşular arasında baş verən dava toyuq-cücə üstündə yaranıb. Belə ki, qonşuların saxladıqları heyratı xoruzu digərinin həyətinə keçib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan saytımıza bildirilib ki, həmin insidentlə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin olunub. Araşdırmanın nəticəsində məsələyə hüquqi qiymət veriləcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gəncədə iki nəfər bıçaqlandı
Siyəzəndə dəhşətli qəza -ÖLƏN VAR
Qaxda ağır qəza - Azyaşlı öldü

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Həmin dərmanları necə pulsuz əldə edək?- Rəsmi açıqlama
İtkin düşən     3 nəfər       tapıldı