Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
1171
az

Paşinyana bunun üçün 200 milyon təklif edildi -

14:1128 Aprel, 2018
1977
DÜNYA
  • A
Ermənistan parlamentinin “Yelk” fraksiyasının rəhbəri, “Vətəndaş müqaviləsi” partiyasının lideri Nikol Paşinyana etiraz aksiyalarından imtinanın qarşılığında 200 milyon dollar təklif olunub.

Oxu24.com  xəbər verir ki, bu iddia ilə “Jamanak” qəzeti çıxış edib.

Qəzetin məlumatına görə, Paşinyan təklifi rədd edib.

“Baş nazir vəzifələrinin müvəqqəti icraçısı Karen Karapetyan və onun adamları gələcək parlament seçkilərində qələbəsinə 200 milyon dollar qiymət qoyublar. Onlar düşünrülər ki, yeni seçkilərin təşkili, seçicilərə rüşvətin paylanması və seçkilərin saxtalaşdırılmasından daha asan yol var: Nikol Paşinyana 200 milyon ödəməklə onun etiraz aksiyalarından imtinasına nail olmaq. Nikol Paşinyan bu sazişdən imtina edib”, - nəşrin xəbərində deyilir.

Qeyd edək ki, Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı aksiyalar aprelin 13-də başlanıb. Müxalifət aprelin 17-də “məxmər inqilab”ının başlandığını elan etdi. Etirazlara baxmayaraq, Ermənistan parlamenti həmin gün Sarkisyanı Nazirlər Kabinetinin başçısı seçib.

Lakin aprelin 23-də Sarkisyan davam edən etiraz aksiyalarının fonunda istefaya gedib.

Müxalifət növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkədə ovçular snayper kimi hazırlanacaqlar
FTX-dən ƏMƏLİYAT: gənc terrorçuların evindən görün nələr çıxdı
Dubayda dünyanın ən böyük hava limanı tikiləcək

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Atasını bıçaqlayan qız psixiatriya xəstəxanasına yerləşdirildi