Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117087
az

Polkovnik-leytenant həbs edildi -YENİLƏNDİ

18:4530 Avqust, 2024
75
MANŞET
  • A

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin yanacaq xidmətinin sabiq rəisi, ehtiyatda olan polkovnik-leytenant Məmmədli Rüstəm Ağali oğlu həbs edilib.

Bunu OXU24.COM -a hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

O bildirib ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsində istintaq olunan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Məmmədli Rüstəmə Cinayət Məcəlləsinin 32.3, 179.3.2-ci, 341.2.3-cü və digər maddələri ilə ittiham elan edilib:

"Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı hərbi məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək", - deyə o qeyd edib.

***

Müdafiə Nazirliyinin daha bir vəzifəli şəxsi həbs edilib.

OXU24.COM  xəbər verir ki, "Bakı Korpusu"nun yanacaq xidmətinin rəisi, polkovnik Rüstəm Məmmədli Hərbi Prokurorluğun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən şəxs qismində cəlb edilib.

O mənimsəmədə və rüşvətalma da təqsirləndirilib. Belə ki, onun korpusun texnikaları üçün nəzərdə tutulan yanacağı sataraq gəlir əldə edərək məniməsəməkdə ittiham olunur. İş üzrə zərərin 100 min manatdan çox olduğu qeyd edilir.

Polkovnik barəsində müstəntiqin vəsatəti əsasında məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Faciəvi şəkildə ölən Süleymanın FOTOSU
Sumqayıtda bu həkimə YÜKSƏK VƏZİFƏ VERİLDİ -FOTO
Mask mümkün üçüncü dünya müharibəsinin risklərindən danışdı

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi