Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117078
az

İlham Əliyev Lukaşenkoya zəng etdi

16:3630 Avqust, 2024
41
SİYASƏT
  • A

Avqustun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya zəng edib.

Oxu24.com xəbər verir ki, dövlətimizin başçısı Aleksandr Lukaşenkonu ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayıb.

Belarus Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını ifadə edib.

Telefon söhbəti zamanı ölkələrimiz arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.

Yüksək səviyyədə təmasların əhəmiyyətinə toxunularaq bu il Belarus Prezidentinin ölkəmizə dövlət səfərinin əlaqələrimizin daha da möhkəmlənməsi işinə töhfə verdiyi bir daha qeyd edilib.

Dövlət başçıları əməkdaşlığımızın perspektivlərinə dair və gələcək təmaslarla bağlı fikir mübadiləsi aparıblar.

 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Zəngəzur dəhlizi məsələsi İranla Rusiyanı qarşı-qarşıya qoyub"
Putin üstündə dava: Bayden jurnalistə əsəbiləşdi
ABŞ Ukraynadakı vəziyyətdən dəhşətə gəldi: Avropaya axın qaçılmazdır