Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117074
az

Heyvanların səbəb olduğu yol qəzalarında ölənlərin sayı məlum oldu

16:1230 Avqust, 2024
52
CƏMİYYƏT
  • A

Bir neçə gün əvvəl sosial mediada nəzarətsiz qalan atın yolun hərəkət hissəsinə çıxması nəticəsində baş verən qəza ilə bağlı videogörüntülər yayımlandı. Xöşbəxtlikdən həmin qəza maddi zərərlə ötüşsə də, təəssüf ki, cari ilin yeddi ayı ərzində sahibsiz heyvanların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrində 4 nəfər həyatını itirib, 2 nəfər isə xəsarət alıb.

Oxu24.com xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Qeyd olunub ki, qanunvericilikdə mal-qaranın yolda nəzarətsiz qoyulmasına, asfalt və sement-beton örtüklü yollarla ötürülməsinə, mal-qaranı və at arabasını sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə məsuliyyət nəzərdə tutulub və belə qəzalar zamanı mal-qara sahiblərinin məsuliyyətdən kənarda qalmaması üçün kəsərli tədbirlər görülür:

"Bununla yanaşı, Baş Dövlət Yol Polisi İdarəsi yol qəzalarının səbəbləri içərisində sahibsiz ev və ya vəhşi heyvanın vurulması hallarının aktual olduğunu nəzərə alaraq, sürücüləri də hərəkət zamanı diqqətli və baş verə biləcək qəfil hadislərə qarşı hazırlıqlı olmağa çağırır".

 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanın üzvlüyü bu təşkilatı daha da gücləndirəcək - Ərdoğan
İtkin düşən alpinistlərin axtarışı dayandırıldı - Əlverişsiz havaya görə
Rəsmi Bakıdan ABŞ səfirliyinə CAVAB

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi