Köşə yazarı Brayan Pitsç Ukraynaya məxsus F-16 qırıcısının qəzaya uğramasını və onun pilotu Aleksey Mesin itirilməsini Kiyev üçün ciddi zərbə adlandırıb.
Oxu24.com xəbər verir ki,O, bu fikri ABŞ-da yerləşən “The Washington Post” (WP) üçün yazdığı məqalədə bildirib.
"Ukraynanın ulduz qırıcı pilotlarından birinin, eləcə də bir neçə qiymətli F-16 qırıcısından birinin itirilməsi Ukrayna üçün ciddi zərbədir", - Pitsç bildirib. O, həmçinin xatırladıb ki, Kiyev Qərbdən ona mümkün qədər çox F-16 verməyi xahiş edib, lakin sonda yalnız az sayda təyyarə alıb.
Bundan əvvəl Ukrayna Ali Radasının deputatı Maryana Bezuqlaya F-16-nın qəzaya uğramasının təfərrüatlarını açıqlayıb. Onun sözlərinə görə, qırıcı Ukraynanın “Patriot” zenit-raket kompleksindən raketlə vurulub.
Ukraynanın F-16-nın itməsi avqustun 29-da məlum olub. “The Wall Street Journal”ın yazdığına görə, qəza pilotun səhvi nəticəsində baş verib. Pentaqon şərh verməkdən imtina edib.
Miri
Oxu24.com
ŞƏRHLƏR