Zəfərlərimizi azərbaycanlı qardaşlarımızla bu gün olduğu kimi, bundan sonra da çiyin-çiyinə qeyd edəcəyik.
Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı 30 Avqust - Zəfər bayramı münasibətilə Bakıdakı "Türk Şəhidliyi" abidəsini ziyarət edərkən deyib.
O, Rəcəb Tayyib Ərdoğanın liderliyi altında Türkiyənin daha da inkişafı üçün çalışacaqlarını bildirib:
"Vətənləri uğrunda canlarından keçən Türkiyə və Azərbaycan şəhidlərinin xatirəsini hörmətlə yad edirik".
Oxu24.com
ŞƏRHLƏR