Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
11704
az

17 yaşlı oğlanın boynunu sındırıb zirzəmiyə atdı

16:3406 Aprel, 2019
593
KRİMİNAL
  • A
Lənkəran rayonunda qətl hadisəsinin üstü açılıb.
“Oxu24.com”un Cənub bürosunun verdiyi xəbərə görə, rayonun Digah kənd sakini, 2001-ci il təvəllüdlü Əkbər İlkin oğlu Quliyev martın 17-də həmkəndlisi, 2002-ci il təvəllüdlü Şamil Əmirəstan oğlu Bağırovu şəxsi münaqişə zəminində boğaraq qətlə yetirib. O, həmkəndlisini idman fəndi işlədərək boynunu sındırıb. Daha sonra meyiti kəndin kənarındakı sahibsiz yarımçıq tikilidə gizlədib. Ş.Bağırovun ailə üzvləri övladlarının Bakıda olduğunu bildikləri üçün onun evə gəlməməsi barədə polisə müraciət etməyiblər.

Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Quliyev saxlanılıb. Meyit gizlədildiyi yerdən götürülərək Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb və müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.

Qeyd edək ki, Ə.Quliyev bir neçə il qaydasız döyüş növü ilə məşğul olub.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Göldə 40 yaşlı kişinin meyiti tapıldı
Bakıda 41 min dollarlıq dələduzluq edənlər saxlanıldı
Zaqatala dağlarında faciə: ayı qazini parçaladı