Qaynar xətt:

(+99450) 247 90 86

"20 Yanvar" metrostansiyasının yeraltı keçidlərində mağazalar bağlandı

CƏMİYYƏT

154

30.08.2024, 10:00

Bu gün səhər saatlarında Bakı metrosunun "20 Yanvar" stansiyasının yeraltı keçidlərində fəaliyyət göstərən mağazalar fəaliyyətini dayandırıb.

Oxu24.com xəbər verir ki, mağazaların hansı səbəbdən bağlanması məlum deyil.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov saytımıza bildirib ki, bu yerin onlara aidiyyəti yoxdur:

"Ora ilə bağlı səlahiyyətimiz olmadığı üçün məlumatsızıq", - deyə B.Məmmədov vurğulayıb.