"X" sosial şəbəkəsinin (keçmiş "Twitter") dünya üzrə 50 mindən çox istifadəçisi onun fəaliyyətində problemlər olduğunu bildirib.
OXU24.COM xəbər verir ki, bu barədə "Downdetector" xidmətinin yaydığı məlumatda deyilir.
Problem Bakı vaxtı ilə saat 23:00 radələrində başlayıb. Ən çox şikayət ABŞ-da qeydə alınıb və burada 50 mini keçib. Həmçinin Avropa ölkələrindən və dünyanın digər yerlərindən minlərlə hesabat daxil olub.
Sosial şəbəkənin əksər istifadəçiləri əsasən mobil proqramın işində nasazlıqları qeydə alıblar.
"X"də problem sonuncu dəfə avqustun 28-də qeydə alınıb. Həmin vaxt ən çox şikayət ABŞ-da (təxminən 40 min) qeydə alınıb. Tətbiqdən əlavə vebsayt və server bağlantısında da nasazlıqlar müşahidə olunub.
Bundan əvvəl məlum olub ki, "X" sosial şəbəkəsi tətbiqdə videokonfrans keçirmək qabiliyyətini sınaqdan keçirməyə başlayıb.
Oxu24.com
ŞƏRHLƏR