Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117026
az

Bu xəstəliyi qripdən ayırmaq çətindir - DİQQƏT

09:5730 Avqust, 2024
183
CƏMİYYƏT
  • A

Pnevmoniya ciddi bir xəstəlikdir. Ağciyərlərdə iltihab prosesinin inkişafı ilə təyin olunur. Uşaqlarda həmin xəstəlik çox vaxt tənəffüs sisteminin tam yetişməməsi, həmçinin bəlğəmi tam öskürə bilməməsi səbəbindən ağır gedişə malik olur.

OXU24.COM  xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində nazirliyin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova açıqlayıb.

Onun sözlərinə görə, patoloji proses antibiotiklərin və simptomatik dərmanların məcburi təyin edilməsi, ağır hallarda isə uşağın xəstəxanaya yerləşdirilməsini tələb edir: "Uşaqlarda pnevmoniya diaqnozunun çətinliyi ondadır ki, xəstəliyin ilk əlamətləri praktiki olaraq soyuqdəymə və ya qripin simptomlarından fərqlənmir. Belə ki, pnevmoniyanın bakterial formasının klinik mənzərəsini qripdən ayırmaq çətindir. Simptomlara üşütmə, qızdırma, artan tərləmə, öskürək, təngnəfəslik, ürək döyüntüsünün artması daxildir".

İ.Axundova qeyd edib ki, valideynlər sətəlcəm və ya tənəffüs sisteminin digər patologiyalarının ən kiçik bir əlaməti olduqda dərhal uşaqları ilə həkimə müraciət etməlidirlər. Uşağın sətəlcəm olduğuna dair hər hansı bir şübhə varsa, bu, tibb müəssisəsinə müraciət etmək üçün ciddi bir meyardır. Vaxtında yardım olmadığı halda, xəstə uşaqda xroniki bronxopulmonar pozulmalar inkişaf edə bilər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gündə Bakıda 300 mindən çox taksi daşıması həyata keçirilir - RƏSMİ
Tələbələrə ŞAD XƏBƏR - Bakalavr müddəti 3 ilə endirilə bilər
Kriminal avtoriteti təhqir edən tiktokerin əyninə "gəlinlik" geyindirdilər

Yuxuda dırnaq görmək buna işarə imiş - YUXU YOZMALARI

18+

Bakıda tükürpədici hadisə: Arvadını xəyanət üstündə tutdu - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
"Kontakt Home" müştərilərini aldadır?
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Əməkdar mədəniyyət işçisi məhkəməyəgəlməkdən yayınır