Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117011
az

Qayınanasını baltalayan gəlinin meyiti tapıldı

19:2329 Avqust, 2024
77
  • A

Bir müddət əvvəl Daşkəsəndə qayınanasını baltalayaraq qaçan gəlinin meyiti tapılıb.

OXU24.COM  xəbər verir ki, Səidə Həsənovanın meyiti qayınanasını baltaladığı evdən təxminən 500 metr uzaqda, kolluq ərazidə tapılıb.

Meyitin üzərində zorakılıq əlamətləri olmadığı üçün onun intihar etdiyi ehtimal edilir.

S.Həsənovanın meyiti iki-üç gün əvvəl aşkar edilsə də, dünən dəfn edilib.

Xatırladaq ki, hadisə 27 iyul tarixində baş verib. Belə ki, qayınanası Tahirə Qurbanovanı baltalayaraq hadisə yerindən qaçan gəlin S.Həsənova qadının oğlu Nofəl Qurbanovun üçüncü arvadı olub.

Hadisəyə səbəb kimi T.Qurbanovanın oğlunun evə həyat yoldaşı kimi gətirdiyi xanımı öz gəlini kimi qəbul etməməsi olub.

Məlumata görə, qayınana və gəlin tez-tez mübahisələr ediblər.

Kənd sakinlərinin sözlərinə görə, əli qana batmış gəlin kəndə bu il mayın sonlarında gəlibmiş.

Qeyd edək ki, xəstəxanaya yerləşdirilən T.Qurbanova xəstəxanada ölüb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Həftənin ilk günü hava necə olacaq?
Paşinyandan ETİRAF:"Nə etməli olduğumuz artıq bəllidir"
"Neuralink" implantı üçüncü insanının beyninə qoyuldu

6 aylıq uşaq bir ayda 45 min dollar qazandı - FOTO

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Fil insanı belə öldürdü - VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Sumqayıtda kişi avtomobildə yanaraq ölüb