Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
117009
az

Əhalinin çörək istehlakı azalıb

16:3229 Avqust, 2024
75
İQTİSADİYYAT
  • A

Ötən il Azərbaycanda adambaşına 116.6 kiloqram çörək istehlak edilib. Bu isə 2022-ci illə müqayisədə 5.9 kiloqram azdır.

Oxu24.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə ölkədə adambaşına 8.2 kq bitki yağları, 3.9 kq kərə yağı, 25.3 kq şəkər, 1.3 kq çay, 5.8 kq isə duz istehlak edilib.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycanda 1 207 152 ton çörək, 120 828 ton bitki yağı, 45 691 ton kərə yağı, 1 036 340 ton şəkər, 15 513 ton isə çay istifadə edilib.

Xatırladaq ki, bu dövrdə özünü təminetmə səviyyəsi, çörək üzrə üzrə 99.7%, bitki yağları üzrə 55.7%, kərə yağı üzrə 67.7%, şəkər üzrə 84.4%, çay üzrə 85.5%, duz üzrə isə 101% olub.

 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda daha 500 nəfər İŞSİZ QALDI
Azərbaycan nefti ucuzlaşdı
Əhaliyə ŞAD XƏBƏR: Bəzi ərzaq məhsulları UCUZLAŞACAQ -VİDEO