Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
116974
az

"Yaxın gələcəkdə Zəngəzur dəhlizinin istifadəyə verilməsi istisna deyil" - İqtisadçı

11:2829 Avqust, 2024
88
İQTİSADİYYAT
  • A

"Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin son görüşündə Qars-İğdır-Naxçıvan dəmiryolu xəttinin çəkilməsinin yaxın zamanda başa çatacağını bəyan edilib".

Oxu24.com xəbər verir ki, bunu VI çağırış Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib. O bildirib ki, Qars-İğdır-Naxçıvan dəmiryolunun inşası regionda nəqliyyat şəbəkəsinin genişləndirilməsi baxımından vacibdir:

"Bu dəmiryolu xətti Naxçıvan vasitəsilə Türkiyə və Avropaya çıxış imkanlarını artıracaq. Sözügedən dəmiryolu xətti Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya olunacaq. Bu isə Naxçıvan daxil olmaqla, Azərbaycan üzərindən daşınan yüklərin həcmini artıracaq. Nəticədə beynəlxalq yükdaşımalardan əldə olunan gəlirin həcmi əhəmiyyətli dərəcədə çoxalacaq. Yeni xətt həmçinin, Azərbaycanın beynəlxalq geosiyasi mövqeyinin daha da möhkəmlənməsinə imkan yaradacaq. Qars-İğdır-Naxçıvan dəmiryolunun inşası Naxçıvandakı iş adamları üçün geniş imkanlar açır ki, istehsal olunan məhsullar daha geniş bazarlara çıxarılacaq.

Təbii ki, qarşıda duran əsas məsələlərdən biri Zəngəzur dəhlizinin açılması, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru nəqliyyatın bərpasıdır. Azərbaycan Zəngəzur dəhlizinin öz ərazisində olan hissəsinin tikinti-quraşdırma işlərinin artıq 80 faizdən çoxunu yekunlaşdırıb. Təəssüf ki, Ermənistan tərəfindən hələlik ciddi addımlar atılmayıb.Qafqazdakı son düzən və eləcə də nəqliyyatın inkişafı ilə bağlı Azərbaycanla Türkiyə arasındakı anlaşmalar ondan xəbər verir ki, yaxın gələcəkdə Zəngəzur dəhlizinin istifadəyə verilməsi istisna deyil".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dolların məzənnəsi rekord həddə YÜKSƏLDİ - İranda
Bu 2 ölkə ilə yeni    saziş   imzalayacağıq
Gələn aydan bu müavinətin     məbləği     artırılır

Dinozavr ayaq izləri tapılıb

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Orta məktəbdə atışma: Qız şagirdi öldürdü, özü də intihar etdi