Bakı şəhəri, Binəqədi rayonunda yerləşən obyektdə yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının ümumi sahəsi 2990kv.m. olan ikimərtəbəli obyektin 1-ci mərtəbəsində baş verdiyi müəyyən edilib.
"Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində boş boya qutuları, taxta və plastmas tullantıları 40kv.m. sahədə yanıb, obyektin böyük hissəsi yanğından mühafizə olunub. Xəsarət alan yoxdur", - məlumatda qeyd olunub.
ŞƏRHLƏR