İranın yeni prezidenti Məsud Pezeşkian vəzifəsinin icrasına başladıqdan sonra ilk xarici səfəri çərçivəsində İraqa səfər edəcək.
Oxu24.com xəbər verir ki,bu barədə İranın Bağdaddakı səfiri Məhəmməd Kazım Əl-Sadiq İRNA-ya müsahibəsində bildirib.
Onun sözlərinə görə, Pezeşkian İraqın baş naziri Məhəmməd əl-Sudaninin rəsmi dəvəti ilə sentyabrın ortalarında Bağdada səfər edəcək. Kazem Al-Sadegh vurğulayıb ki, bu səfər zamanı İranın əvvəlki prezidenti İbrahim Rəisinin dövründə əldə olunmuş razılaşmalar üzrə bəzi razılaşmaların imzalanması gözlənilir.
Səfir, həmçinin Pezeşkianın səfərinin “iki ölkə arasında münasibətlərin inkişafına və dərinləşməsinə” töhfə verəcəyinə ümid etdiyini bildirib.
Miri
Oxu24.com
ŞƏRHLƏR