Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
116868
az

MAQATE rəhbəri Kursk vilayətində nüvə insidentinin baş verməsi təhlükəsini açıqlayıb

22:4727 Avqust, 2024
123
DÜNYA
  • A

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi bildirib ki, Kursk vilayətində nüvə insidentinin baş verməsi təhlükəsi var.

Oxu24.com xəbər verir ki, bu barədə RiA Novosti məlumat yayıb.

O, Kursk Atom Elektrik Stansiyasına (AES) baxış keçirdikdən sonra jurnalistlərə deyib: “İndi burada nüvə insidentinin baş verməsi təhlükəsi var.

Qrossi əlavə edib ki, o, rusiyalı həmkarları ilə hadisələrin bu cür inkişafının qarşısını almaq yollarını müzakirə edəcək. Xüsusilə, məsələnin Rusiya Xarici İşlər Nazirliyi və Rosatom nümayəndələri ilə müzakirəsi planlaşdırılır.

MAQATE rəhbəri həmçinin bildirib ki, Kursk AES-də yoxlama zamanı pilotsuz təyyarələrin hücumlarının izləri aşkarlanıb. O, elektrik stansiyasından bir neçə kilometr aralıda hərbi əməliyyatların getdiyi üçün onun təhlükəsizliyindən narahat olduğunu vurğulayıb.

Avqustun 27-də Qrossi Kursk atom elektrik stansiyasına baxış keçirmək üçün Kurçatov şəhərinə gəldi. Səfərin məqsədi MAQATE rəhbərinin AES ətrafında vəziyyətə müstəqil baxış bucağı formalaşdırmaq istəyi olub.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Zelenski psixiatra müraciət etməlidir"
Çində yenə   zəlzələ    oldu
Çin Tibetdəki zəlzələdən sonra Rusiyaya dəstəyə görə təşəkkür edib

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
"Qızımı 5 ildən sonra boşatdırıb gətirdim evə"- Qohumlar arasında münaqişə qətllə bitdi