NATO-nun baş katibi Yens Stoltenberq Kiyevin xahişi ilə avqustun 28-də Ukrayna-NATO Şurasının iclasını çağıracaq.
Oxu24.com xəbər verir ki, bu barədə “Reuters” NATO nümayəndəsinə istinadən məlumat yayıb.
“Görüş səfirlər səviyyəsində keçiriləcək. Gözlənilir ki, Ukraynanın müdafiə naziri Rustem Umerov videobağlantı vasitəsilə müttəfiqlər üçün döyüş meydanındakı vəziyyət və prioritet hərbi ehtiyaclar barədə brifinq keçirəcək”, - agentlik alyans nümayəndəsinin sözlərindən sitat gətirir.
NATO-nun sözçüsü Farah Dakhlallah görüşün digər məsələlərlə yanaşı, Rusiya tərəfindən artan eskalasiya ilə əlaqədar çağırıldığına aydınlıq gətirib. Söhbət ilk növbədə avqustun 26-na keçən gecə Rusiya Silahlı Qüvvələrinin Ukraynanın kritik və mülki infrastrukturuna kütləvi raket və pilotsuz təyyarə zərbəsindən gedir. Dakhlallah qeyd edib ki, NATO Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsinə əhəmiyyətli dəstək verir və dayanmaq niyyətində deyil.
Miri
ŞƏRHLƏR